SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İşğal altında olan Azərbaycan torpaqlarından son görüntülər yayımlanıb. 
 
BAKU.WS-in məlumatına görə, şəkilləri erməni fotobloqer Albert Voskanyan çəkib və öz şəxsi hesabından paylaşıb. Fotolardan aydın olur ki, erməni şagirdlər və müəllimləri Qarabağın gəzməli görməli yerlərində olublar.
 
Kef məclisi quran ermənilər hətta kabab da çəkiblər. Azərbaycanın tarixi torpaqlarından maksimum faydalanmağa çalışan ermənilər Qarabağın zəngin təbiətini istismar edir. Əskəranda, Xankəndində olan fotobloger Qarabağın möhtəşəm təbiətinin fotolarını çəkib. 
 
Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir.
 
"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki, Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir. Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
 
Şahin Həbibov
BAKU.WS