Usa-television.com saytı məlumat yazıb ki, ABŞ prezidenti Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimini təsdiq edib. 
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan vətəndaşları üçün ABŞ-a getmək üçün viza alınması prosedurunda heç bir dəyişiklik olmayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilir ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğvi haqqında sərəncam imzalamasıyla bağlı yayılmış informasiyalar həqiqətə uyğun deyil: 
 
"Yayılan məlumatlar yalandır. Azərbaycanda viza alınması prosedurları ilə bağlı heç bir dəyişiklik edilməyib".