SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Son zamanlar Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi Ermənistan prezidenti Serj Sarkisyana və onun ətrafındakı oliqarxların işinə yarayır.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan KİV-i hesab edir ki, orduda əsgər ölümlərini ört-basdır edən və əsgər ailələrinin etirazlarına qulaq asmayan rəhbərlik təmas xətti ilə bağlı həqiqətlərin də ortaya çıxmaması üçün böyük səy göstərir.
 
Ermənistanda davam edən konstitusiya müzakirələri və hər gün ortaya çıxan yeni korrupsiya məsələləri böhrana düşən rəhbərliyin cəbhədə vəziyyətin gərginləşməsinə hər zamankından daha çox ehtiyacı var.

Ermənistanda hələ elektrik enerjisi ilə bağlı baş vermiş etiraz aksiyaları zamanı da hökumət çarə kimi Qarabağdan istifadə etmişdi. "Vətən əldən gedir" şüarı ilə insanların etirazlarının qarşısını almaq istəyən Sarkisyan rejimi böhrana nəzarət etməyə çalışır. 

2018-ci ilə qədər hakimiyyətdə qalacaq Sarkisyan görünür, Qarabağda vəziyyətin gərginləşməsinə cəhd edərək yeni ölümlərin və regional problemlərin yaranmasına səbəb olacaq. Ermənistan hakimiyyəti "Qarabağda müharibə siqnalı" vasitəsi ilə əhaliyə və müxalifətə təzyiqlər göstərir. 
 
ŞAHİN Həbibov
BAKU.WS