24 ildir sevdiyi qadını gözləyən Ecevit: "Axırıncı dəfə çıxıb gedəndə gördüm" - VİDEO
Sinopun Boyabat rayonunda yaşayan və "Aşiq Ecevit" ləqəbi ilə tanınan 48 yaşlı Ecevit Öküzcü 24 ildir yol kənarında "Aşık Ecevitin yeri" olaraq tanınan dayanacaqda sevdiyi qadını gözləyir.
Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.
Ecevitin gənc yaşda xəstəliyə tutulduğu və gözlərində problem olduğu bildirilir.
"Burada bir qızla tanış olduq. Əvvəlcə aramız yaxşı idi. Sonra aramız dəydi. Bir aya yaxın burada danışmışdıq. Daha sonra o, fikrini dəyişdi. Uşaq yaşlarımda xəstəlik keçirdim. Gözlərim yaxşı görmür. Məni həkimə apardılar, amma xeyri olmadı. Qız İstanbula getdi. Mən gedənin qarşısında necə dayanacaqdım? Mən daha sevgi istəmirəm. Atam yoxdur. 1 qardaşım var. Mən həmişə burada dayanıram. Yoldan keçən insanlar mənə kömək edirlər. Qız istəyib gedib. Mən daha nə edim? Axırıncı dəfə onu çıxıb gedəndə gördüm. Mənə heç nə demədi. Taksiyə mindi və getdi", - Ecevit bildirib.
"Aşiq Ecevit"ə xeyirxah vətəndaş tərəfindən konteyner ev verilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...