Prezident İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.
 
BAKU.WS-in məlumatına görə, dövlət başçısı görüşdə çıxış edib.

Komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev görüşdə çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdilər.

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olundu.

Dövlətimizin başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd etdi.

Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışdı.
 
BAKU.WS