SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Bu barədə BAKU.WS-ə Milli Məclisdən bildirilib.

Qeyd olunub ki, parlamentin sədri "Crocus City Hall" konsert zalında baş vermiş faciəvi hadisələr nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib.

Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, hadisəylə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

BAKU.WS