VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı başlanan kampaniya birmənalı qarşılanmır.

Qeyd edək ki, bir qrup Azərbaycan vətəndaş cəmiyyəti belə təkliflə çıxış ediblər və bununla bağlı AŞPA-ya məktub ünvanlayıblar.
 
Modern.az saytının məlumatına görə, keçmiş deputat Gülər Əhmədova Azərbaycanın səsvermə hüququndan məhrum edilməsini istəyənləri qınayıb. O, facebook səhifəsində bildirib:
 
"Yerə soxum sizi! Gedin Gürcüstanda qrantları oğru pişiklər kimi alın,guya Azərbaycanı çox istəyirsiniz. Avropaya da deyin ki, Azərbaycanla işləmə! "Əladır!" Avropanı neynirsiniz, Afrika yaxşıdır. Tupoylar. Siz demokrat deyilsiniz eee, xırda pula satılan lakeylərsiniz. Lənət şeytana, hələ söz vermişdim ki, siyasətlə işim yoxdur, Allah şeytana lənət etsin!”. 
 
BAKU.WS