Aleksandar Vuçiç: “Azərbaycan Serbiyanın əsl dostudur”

“Serbiya-Bolqarıstan interkonnektoru Serbiya üçün çox vacibdir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Serbiya Prezidenti deyib ki, bu, qaz tədarükünün diversifikasiyasına imkan verəcək, daha çox alternativlər təqdim edəcək:
“Serbiya-Bolqarıstan interkonnektoru Serbiyanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Serbiya-Bolqarıstan interkonnektoru Serbiyaya yeddiyə qədər terminaldan sıxlaşdırılmış maye qaz almaq imkanı yaradır. Bura həmçinin Yunanıstanda Aleksandropolisdə tikilən maye qaz terminalı da daxildir. Bu o deməkdir ki, Serbiyanın gələcəkdə enerji təhlükəsizliyi daha möhkəm olacaq. Azərbaycan Serbiyanın əsl dostudur”.
Oxşar xəbərlər
Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının...
