BMT Azərbaycanda ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə salınmasını tövsiyə edib

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, tövsiyədə məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi, eləcə də məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı, o cümlədən maarifləndirmə tədbirlərinin görülməsi məsləhət görülüb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
