SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.

Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, görüş artıq başa çatıb.

***22:48

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antonio Quttereşlə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quttereş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.

Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.

Təkbətək görüş hazırda davam edir.

BAKU.WS