20 Yanvar qırğınının təşkilatçılarından biri ölüb
01
avq
2022
12:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin ölüb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Bildirilib ki, sovet dövlət xadimi 85 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.
Qeyd edək ki, V.Bakatin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...