1992-ci ildə skripkanın çubuğu ilə kalaşnikovda melodiyaları ifa edən şəxs - FOTO

1992-ci ildə skripkanın çubuğu ilə kalaşnikovda melodiyaları ifa edən şəxs - FOTO
Siyasət 448

Mən Şuşadan çıxan son jurnalist idim və mühasirədə olan şəhərin düşmənin əlinə keçməmiş oranı tərk etməli idim”

BAKU.WS xəbər verir ki, bunu fotoqraf Reza Deqati öz “Instagram” hesabında yazıb.

O, Birinci Qarabağ Müharibəsini işiqlandırmağa başlayandan bir ay sonra başa düşüb ki, Azərbaycanın peşəkar ordusu yoxdur, döyüşçülərin bir çoxu könüllü və ya polis olublar.

"Vəziyyət çox gərgin, itkilər isə çox olsa da, işlərini tərk edərək Azərbaycanın hər yerindən Qarabağı müdafiə etmək üçün gələnlərin yüksək əhval-ruhiyyəsi məni heyrətləndirdi. Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka mərmi atəşi ilə məhv edildi, ancaq o, alətin çubuğunu saxladı və bəzi melodiyaları ifa etmək üçün kalaşnikovdan istifadə edirdi", - deyə Deqati bildirib.

Son xəbərlər