SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Məmmədovun işinə son verib. 
 
BAKU.WS-in məlumatına görə, dövlət başçısı bu barədə sərəncam imzalayıb:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram. 

İbrahim Məmməd oğlu Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin".
 
Qeyd edək ki, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedoqoji Universitetdə təhsil alıb.

İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.

2006-cı ildən indiyədək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini və İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Ailəlidir 2 övladı var.
 
BAKU.WS