SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dağlıq Qarabağın nizama salınması üzrə güzəşt mümkündür, regionda muxtar respublika ola bilər".
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Dmitri Kisilyovun - "Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin suallarına cavab verərkən deyib.
 
Dövlət başçısı bildirib ki, Qarabağ probleminin sülh yolu ilə həllinin axtarışında Azərbaycan, Ermənistan və Rusiya səmərəli güzəştə gedə bilər: "Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinin təmin olunması, onların həyat fəaliyyətləri, özünüidarə hüququ, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilmələsi və Dağlıq Qarabağ muxtar vilayəti xaricində ərazilərin azad olması, iki xalq arasında sülh münaqişənin nizama salınması əsas görüləcək işlərdir". 

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələləri üzrə güzəşt ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq. Amma yerli muxtariyyət məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə, əgər biz razılaşsaq Dağlıq Qarabağ özünüidarə etmə hüququ çərçivəsində muxtar respublika ola bilər", — deyə Azərbaycan prezidenti əlavə edib.
 
Şahin Həbibov
BAKU.WS