Prezident: "Bakı və Naxçıvanda çarpayılar ayrılıb, Türkiyədən xəstələri gətirməyə hazırıq"

08
fev
2023
16:12
"Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.
"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar. BAKU.WS xəbər ve...
