Əbdülfəttah Əs-Sisi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb"

“Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”.
BAKU.WS xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib:
“Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”.
Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti...
