Müğənni və bəstəkar Elza Seyidcahan bu ilin parlament seçkilərinə öz namizədliyini verib.
 
BAKU.WS-in məlumatına görə, sənətçi dairə seçki komissiyasına öz sənədlərini verdiyi söyləyib:

"İndi mən yalnız seçkilərlə məşğulam. Hazırda mən öz seçicilərimlə görüşürəm. Mən həmişə bizim ölkəmiz üçün çalışırdım və buna görə də mən deputat olmaq istəyirəm".

Amma o, hansı dairə seçki komissiyasından namizədliyini irəli sürdüyünü açıqlamayıb: "Mənim adım namizədlər siyahısına düşdükdən sonra komissiyanın adını bildirəcəyəm. Mən Azərbaycanın rayonlarından birinə artıq sifariş vermişəm".

Vəfa Zeynalov
BAKU.WS