SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Albaniya və Keniyada səfirlikləri fəaliyyət göstərəcək.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Albaniyadakı səfirlik Tirana, Keniyadakı isə Nayrobi şəhərində təsis olunacaq.

Səfirliklərin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Azərbaycan Nazirlər Kabinetinə, strukturunu və ştat cədvəlini təsdiqləmək isə Xarici İşlər Nazirliyinə həvalə olunur.

BAKU.WS