VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Prezident İlham Əliyev bu gün bir qrup neftçiyə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Cəfərov Telman Muxtar oğlu

Xıdırov Beykəs Seyfulla oğlu

Mehdiyev Ülvi Şəfaət oğlu.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
 
Prezidentin digər sərəncamı ilə bir qrup neftçiyə "Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilib:

Bəkirli Asif Şahnəzər oğlu

Həsənov Fazil Qurban oğlu

Hüseynov Nazim Həsən oğlu

Məmmədov İlqar Hacı oğlu

Seyfullayev Qağaməli Höküməli oğlu".
 
BAKU.WS