SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sentyabrın 17-də Azərbaycan Hərbi Prokurorluğunun bu yaxınlarda sosial şəbəkələrdə yayılan videoların hərtərəfli araşdırılması ilə bağlı verdiyi operativ açıqlamanı alqışlayırıq".

BAKU.WS xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould özünün rəsmi tviter hesabında yazıb.

Son 30 il ərzində çoxlu faciəli məqamlar olub. Bir neçə gün əvvəl Azərbaycan torpaqlarına basdırılan minaların partlaması nəticəsində 2 insanın həlak olması və 3 nəfərin yaralanması da faciəvi haldır. İrəliyə doğru yeganə yol dialoqdan keçir. Azərbaycanın xarici işlər naziri ilə erməni həmkarı arasında davamlı danışıqları alqışlayıram", - deyə diplomat qeyd edib. 

BAKU.WS