SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri müəyyənləşir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:

1. mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması;

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması;

3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması;

4. mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin edilməsi;

5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına kömək edilməsi;

6. vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun inkişafı;

7. ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payının artırılması.

BAKU.WS