Azərbaycanın Baş Qərargah rəisi Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Azərbaycanın Baş Qərargah rəisi Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
Siyasət 43

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti abidə önünə əklil qoyub və ümummilli liderin xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları müşayiət ediblər.

Son xəbərlər