Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu cədvəli AÇIQLANDI - SİYAHI

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
BAKU.WS xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
/n | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu | Qəbulun keçirildiyi gün |
1. | Göyçay | Göyçay, Ağdaş | Gənclər və idman naziri Fərid Qayıbov | 04 |
2. | Neftçala | Neftçala, Salyan | Kənd təsərrüfatı naziri İnam Kərimov | 07 |
3. | Şəki | Şəki, Qax | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov | 07 |
4. | Lənkəran | Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | 10 |
5. | Salyan | Salyan, Neftçala | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | 10 |
6. | Gəncə | Gəncə, Samux, Göygöl, Kəlbəcər | Baş prokuror Kamran Əliyev | 12 |
7. | Mingəçevir | Mingəçevir, Yevlax | “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov | 12 |
8. | Ağdaş | Ağdaş, Göyçay, Kürdəmir, Ucar | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov | 13 |
9. | Qəbələ | Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş | Ali Məhkəmənin sədri Ramiz Rzayev | 14 |
10. | Samux | Samux, Göygöl | Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | 14 |
11. | Xızı | Xızı, Siyəzən | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | 14 |
12. | Quba | Quba, Qusar | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | 14 |
13. | Ağdaş | Ağdaş, Göyçay | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | 14 |
14. | Yevlax | Yevlax, Mingəçevir, Ağdaş, Bərdə | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı | 19 |
15. | Masallı | Masallı, Cəlilabad, Yardımlı | Mədəniyyət naziri Anar Kərimov | 20 |
16. | Lənkəran | Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | 20 |
17. | Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | 20 |
18. | Göyçay | Göyçay, Ağdaş | Energetika naziri Pərviz Şahbazov | 21 |
19. | Astara | Astara, Lənkəran, Lerik | Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov | 21 |
20. | Tərtər | Tərtər, Bərdə | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | 21 |
21. | Masallı | Masallı, Yardımlı | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | 21 |
22. | Bərdə | Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd, Şuşa | Elm və təhsil naziri Emin Əmrullayev | 27 |
23. | Gəncə | Gəncə, Samux, Kəlbəcər | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | 27 |
24. | Bərdə | Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Naftalan, Xocavənd, Xocalı, Laçın, Şuşa | Daxili işlər naziri Vilayət Eyvazov | 28 |
25. | Qobustan | Qobustan, Şamaxı | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | 28 |
26. | Mingəçevir | Mingəçevir, Yevlax, Ağdaş | Ədliyyə naziri Fikrət Məmmədov | 28 |
27. | Sabirabad | Sabirabad, Saatlı, İmişli | İqtisadiyyat naziri Mikayıl Cabbarov | 28 |
28. | Salyan | Salyan, Neftçala | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | 28 |
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...