SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur haker qrupu Anti-Armenia Team, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin serverlərini sındıraraq Türkiyədə yetişdirilən erməni agentləri ifşa edib.
 
BAKU.WS xəbər verir haker qrupu Türkiyə ilə bağlıda çox əhəmiyyətli məlumatlar əldə edib. Türkiyə içərisindəki onlarla agenti bir-bir ifşa edən hackerler, bu məlumatları sosial mediadakı hesablarından paylaşıblar.
 
Məlumata görə, erməni agentlər Türkiyədə fəaliyyət göstərərək müəyyən məlumatları erməni xüsusi xidmət orqanlarına sızdırıblar. Ermənistana işləyən agentlərin Türkiyədəki kritik nöqtələrdə yerləşdiyi və ölkə içərisindəki bəzi məlumat və sənədləri Ermənistana ötürdükləri iddia edilir. Ermənistan Milli Təhlükəsizlik Nazirliyindəki gizli fotoşəkilləri olan şəxslərin HDP mitinqlərində də fotoşəkilləri ortaya çıxıb.
 
Həmin şəxslərdən biri olan və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xidməti personal siyahısında adı olan Hazal İ.nın də Türkiyə içərisində çox məşhur bir universitetdə təhsil aldığı və Ermənistana çalışdığı bildirilib. 
 
BAKU.WS