SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Anti-armenia Team Azərbaycan mediasına müraciət edib. 

Anti-armenia Team-in mətbuat xidmətindən BAKU.WS-ə daxil olan müraciətdə cəbhə ilə bağlı xəbər yayan media mənsublarına diqqətli olmaq tövsiyə olunur.

«Dəyərli KİV dostlarımız! Cəbhəylə bağlı hər-hansı bir məlumatı yayımlayarkən sizləri tam diqqətli olmağa çağırırıq. Məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi saytından (mod.gov.az) götürərək istifadə edin.
 
1. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın;

2. Azərbaycanın hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın;

3. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmasını paylaşmayın;

4. Şəhid və yaralılar barədə dəqiq olmayan informasıyanı yaymayın;

5. Döyüşlər zamanı telefon yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrə yükləməyin;

6. Sərhəd bölgəsində olan strateji yerlərdə,texnika yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın», - müraciətdə bildirilir.
 
Qeyd edək ki, Anti-armenia Team mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparan saytları, Ermənistanın hökümət və dövlət strukturlarının internet səhifələrini dağıdır.

BAKU.WS