SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə kəşfiyyatı Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra yenidən dünyanın gündəmini zəbt edən İŞİD haqqında məlumatlar əldə edib. Bu sənəddə İŞİD-in növbəti planları, yeni marşrutları barədə vacib məlumatlar da yer alıb.

ANS PRESS-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, xüsusi xidmət orqanları Suriyadaki fəaliyyətləri zəifləyən terror təşkilatının, koalisiya dövlətlərinin keçirdiyi əməliyyatlar səbəbindən həm Avropa ölkələrini, həm də Türkiyəni hədəfə aldığını müəyyən edib. Türk xüsusi xidmət orqanlarının əcnəbi dövlətlərin gizli xidmətləri ilə həyata keçirdiyi ortaq işlər nəticəsində İŞİD-in son vaxtlar Avropa və Türkiyəyə kamikadze göndərdiyi barədə məlumat əldə edilib. 

Saytda yer alan məlumatda qeyd edilir ki, terror təşkilatının özünü partlatmaqla vəzifələndirdiyi "canlı bomba"ların hadisə yerinə göndərilməsi yeni marşrutlar vasitəsi ilə həyata keçirilir. Belə ki, Avropaya getməli olan İŞİD terrorçularının Azərbaycan, Kipr və Gürcüstan vasitəsi ilə müvafiq yerlərə yollanırlar. "Xüsusi xidmət orqanları Türkiyənin terror təşkilatına qarşı apardığı hərbi fəaliyyətləri və və təşkilata qoşulmaq istəyən şəxslərin ələ keçirməsi səbəbindən terror hadisələrinə davam edəcəkləri barədə məlumatlar da əldə edilib. 

Eyni zamanda Türkiyədəki əməliyyatlarda çox sayda İŞİD üzvünün kimliyinin deşifrə olması səbəbindən 20-25 nəfərlik yeni bir kamikadze qrupu yaradılıb. Bu qrupun Türkiyəyə göndərilməsi üçün işlər görülməyə başlanılıb".Bildirilir ki, Türkiyənin Baş Polis İdarəsi iyun ayında bütün yerli rayonların polis idarələrinə məktub göndərib. Bu məktubda təhlükəsizlik qüvvələri azərbaycanlı və qafqaz əsilli İŞİD-çilərə qarşı xəbərdar edilib.

Bu yazıda həmçinin qeyd edilən terrorçuların Türkiyə və Azərbaycanda "canlı bomba" hücumları həyata keçirməyi planladıqları bildirilib. Onların əsas hədəflərinin isə polislər və onların ailə üzvləri olduğu ehtimal edilir. 
 
BAKU.WS