SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan Milli Təhlükəsizlik Xidməti ehtiyatda olan erməni mayoru Azərbaycan xüsusi xidmət orqanlarıyla əməkdaşlığa görə saxlayıb. 
 
BAKU.WS-in məlumatına görə, Armavir vilayətinin sakini, 38 yaşlı ehtiyatda olan mayor Qarik Xaçik Marutyan Azərbaycana məlumat ötürməkdə şübhəli bilinir.

Ermənistan KİV-i yazır ki, Ermənistan vətəndaşı 4 dekabrda saxlanılıb. O, uzun illər müxtəlif hərbi hissələrdə kəşfiyyat müdiri vəzifəsində çalışıb. Sosial şəbəkələr vasitəsi ilə Türkiyədən Azərbaycan xüsusi xidmət orqanlarıyla əlaqə quran erməni general hərbi məlumatları, həmçinin dövlət sirrini qarşı tərəfə ötürüb. 

Erməni general barəsində cinayət işi qaldırılıb. Q.Marutyan dövlətə xəyanətdə ittiham olunur.
 
Faktla bağlı araşdırma aparılır.
 
Şahin Həbibov
BAKU.WS