SİZİN REKLAM BURADA!
055 213 76 73



"Anti-armenia Team”  azərbaycanlı hakerlər qrupu Rusiyanın Ermənistandakı səfirliyinin rəsmi twitter səhifəsini dağıdıb.


Bu barədə BAKU.WS-ə qrupun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Rusiyanın atəşi dayandırmaqla bağlı verdiyi bəyanata etiraz edən hakerlər səfirliyin rəsmi twitter səhifesindəki məlumatları silərək Azərbaycanın bayrağını və mətn yerləşdiriblər.

"Rusiya görür ki Azərbaycan Ordusu Ermənistana layiqli cavab verir. Dərhal atəşi dayandırmaq əmri verir. Yaxşı olar ki, Ermənistana özgə torpaqlarında nə işi olduğunu soruşasınız?!” - azərbaycanlı hakerlər qeyd ediblər.

BAKU.WS