Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşüb - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dalaman Hava Limanında Daxili İşlər naziri Süleyman Soylu, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi və Azərbaycan və Türkiyə yanğınsöndürənləri ilə görüşüb, onlardan Marmarisdə davam edən meşə yanğını ilə bağlı son məlumatları alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Muğlanın Marmaris bölgəsində meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə davam edir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...
