Aİ nümayəndəsi: "Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik"

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyir, iki ölkənin razılığa gəlmələri istiqamətdə səylərini davam etdirir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
Brüsseldə keçirilən Aİ-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verən Borrel Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb.
"Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər bu baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”, - Aİ rəsmisi deyib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...