5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 

Qərb mətbuatı Rusiya prezidentinin yoxa çıxdığı haqda yazır. ANS PRESS-in məlumatına görə, "İndependent" elektron nəşrində dərc olunan məlumata görə, Vladimir Putin bir sıra görüşlərini təxirə salıb və artıq 1 həftəyə yaxındır ki, ictimaiyyət qarşısına çıxmır.

Qəzetin məlumatına görə, Putini sonuncu dəfə iyulun 1-i Finlandiyada keçirilən sammitdə görünüb. Burada o bir sıra sərt bəyanatlar səsləndirib, o cümlədən Helsinkini NATO-ya üzv olmaq fikrindən daşınmağı tövsiyyə edib.

Rusiyanın RBK telekanalı xəbər verib ki, prezident iyulun 5-nə Altayda təyin olunan və turizm məsələlərinə həsr olunan görüşü təxirə salıb. Jurnalistlərin "Putin hardadır?" sualına prezidentin qəbul şöbəsindən bildiriblər ki, "o ezamiyyətdədir və bazar ertəsi qayıdacaq."

Vladimir Putin həmçinin Yakutiyada keçirilən "Asiya uşaqları" VI beynəlxalq idamn oyunlarının açılış mərasiminə də qatılmayıb.

"İndependent"in məlumatına görə, o həmçinin Novqorodda iyulun 7-nə planlaşdırılan görüşlərini də təxirə salıb. 

Putinin yoxa çıxması ilə bağlı ehtimal edilən səbəblər arasında Türkiyə ilə münasibətlər və Abxaziyadakı gərgin vəziyyət göstərilir. 

Buna oxşar hadisə daha əvvəl 2015-ci ilin martında baş vermişdi. O zamanda Putin bir neçə gün ərzində ictimaiyyət qarşısına çıxmırdı. Həmin vaxt kremlin mətbuat katibi Dmitri Peskov Putinin yoxluğunu böyük iş həcmi ilə izah etmişdi. "Prezidentin işi çoxdur, o sənədlərlə işləyir" - deyə Peskov açıqlama vermişdi. Ötən ilin martında Putinin bir müddət içtimai fəaliyyətinə ara verməsi sosial şəbəkələrdə əks-səda doğurmuşdu.
 
BAKU.WS