137 gün dənizdə qaldı: Türk dənizçilər fransız macərapərəsti belə xilas etdilər - FOTO/VİDEO

137 gün dənizdə qaldı: Türk dənizçilər fransız macərapərəsti belə xilas etdilər - FOTO/VİDEO
Foto Video
Siyasət 115

137 gün Atlantik okeanında üzən və bir müddət əvvəl 6 metrlik şəxsi qayığı ilə dənizdə itən fransız macərapərəst Didyer Bovard türk dənizçiləri tərəfindən xilas edilib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə gəminin kapitanı Necati Doğan yaşadıqlarını danışıb.

Hadisə iyunun 24-də baş verib.

Türk dənizçilərin işlədiyi, özəl bir şirkətə məxsus xam neft gəmisi Atlantik okeanında hərəkət edərkən, Amerika Sahil Mühafizəsinin xəbərdarlığı ilə bir müddət əvvəl dənizdə itən qayıq üçün xilasetmə əməliyyatına başlayıb.

Fransız macərapərəst Didyer Bovardın idarə etdiyi pedallarla hərəkət edən xüsusi hazırlanmış qayıq, türk dənizçilərinin 6 saatlıq səylərindən sonra xilas edilib.

Görüntüləri təqdim edirik:

Son xəbərlər