Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb - FOTO

03
dek
2021
15:44
Azərbaycan Türkiyədən “Hürkuş” tipli, hərbi təlim üçün nəzərdə tutulan yeni təyyarə alıb.
BAKU.WS xəbər verir ki, dekabrın 3-də Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.
Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.
“Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, - deyə C.Bağçı “Twitter” hesabından fotolar paylaşıb.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
