“Üç qardaş - 2021” təlimində şərti düşmən qruplaşması məhv edildi - VİDEO

“Üç qardaş - 2021” təlimində şərti düşmən qruplaşması məhv edildi - VİDEO
Video
Siyasət 119

Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Son xəbərlər