Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı paylaşım - FOTO

15
sen
2021
11:30
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.
“Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür.
Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandiri Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın qəlbində mərhəmət və minnətdarlıqla yatan minlərlə şəhidimizi anırıq”, - deyə o, “Twitter” hesabında qeyd edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
