VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda xarici terrorçu qruplara qoşulan şəxslər, demək olar ki, yoxdur. Belə hallar qeydə alınmayıb".

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı əlavə edib ki, əvvəl qeydə alınanlar olub: "Onların bir qismi geri qaytarılıb. Onların içində uşaqlar və qadınlar da olub. Bununla bağlı xüsusi reabilitasiya mərkəzi yaradılıb. Bu mərkəzdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də həmin ailələrlə dini işlərin aparılmasında iştirak edirlər".

BAKU.WS
VİDEO