SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mayın 20-də ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.
 
APA-nın "Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
 
"Hər iki tərəf, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər münaqişənin  ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində  yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, məlumatda deyilir. 
 
Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
 
BAKU.WS