SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in xəbərinə görə, sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

BAKU.WS