SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Koronavirusun yeni ştammı daha sürətlə yayılır və daha çox ölümə səbəb olur. Bu isə o deməkdir ki, pandemiya nəinki bitib, əksinə ortaya çıxan daha təhlükəli forması ilə insanları yoluxdurmağa davam edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/110418

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110428

Bakıda bəzi park və ərazilərdə vətəndaşlar tərəfindən daim istifadə olunan yeraltı keçidlərdə bitmək bilməyən problem peyda olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110425

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110430

Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun analoji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110432

"Məktəbin açılması kor-koranə və ya mexaniki bir iş deyil. Bununla bağlı Təhsil Nazirliyi, uzun müddətdir ki, hazırlıq işləri aparır. Burada uşaqların sanitar epidemioloji şərtlərə uyğun olaraq qarşılanması, onların tibbi protokola uyğun olaraq yerləşdirilməsi, sinif otaqlarında məsafənin qorunması, alt qruplara bölünmə və müəllimlərlə olan ünsiyyət imkanlarında həmin qaydaları gözləmək nəzərə alınıb".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/110439

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azad Rəhimovun səhhəti ilə bağlı danışıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110447

Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110458

Azərbaycanda əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin ediləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110466

Azərbaycanda orta məktəblərin birində ibtidai sinifdə təhsil alan şagirdlərin valideynləri könüllü olaraq övladlarını təhsil ocağına göndərməkdən imtina edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/110438

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılmışdır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110468

Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/110473

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/110479

BAKU.WS