SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Qalatasaray"ın çempion olacağı təqdirdə qazanacağı məbləğ müəyyənləşib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarı-qırmızılı komanda liqanı lider kimi tamamlasa təxminən 250 milyon lirə (13 milyon 175 min AZN) qazanacaq.

İndiyə qədər təxminən 200 milyon lirə qazanan "Qalatasaray" çempion olacağı təqdirdə 40 milyon lirəyə yaxın gəlir əldə edəcək. "CimBom" geridə qalan 3 matçda qalib gəlsə, daha 7 milyon 464 min lirə qazanacaq. Qalatasaray bu bonusları alarsa, ümumi gəliri 243 milyon 779 min lirəyə yüksələcək.

Qeyd edək ki, "Qalatasaray"ın son 3 liqa matçı qalıb ki, bunlar da "Karagümrük, "Fənərbağça", "Konyaspor"a qarşı təşkil olunacaq. 

BAKU.WS