SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasının 13-cü həftəsində "Fənərbağça" öz meydanında "Fatih Karagümrük"ü 2:1 hesabı ilə məğlub edib.

"Karagümrük"lü futbolçular qarşılaşmada, Səməd Akaydının matç zamanı topa əli ilə müdaxilə etdiyini əsas gətirərək penaltiyə etiraz edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur şərhçi Ahmet Çakar "sarı-göylü" müdafiəçinin etdiyi hərəkətin penalti olduğunu bildirib.

"Kadıköydə qaranlıq bir gecə deyil, qalmaqallı bir gecə idi. Baş hakim Arda Kardeşler və VAR hakimi Hüseyn Göçek matçı "Karagümrük"dən alıb "Fənərbağça"ya verdi. "Sürüşmə fəndi zamanı edilən müdaxilələrdə, əl və qol qalxa bilməz, bu təbii hərəkət deyil. Səmətin pozisiyası açıq-aşkar penaltidir", - deyə Ahmet Çakar bildirib.

Qeyd edək ki, dünən baş tutan qalmaqallı "Fənərbağça" - "Fatih Karagümrük" matçı 2:1 hesabı ilə ev sahibi komandanın qələbəsi ilə bitib. 

BAKU.WS
QALEREYA