Ceyhun Bayramov Pakistana gedib - Üçtərəfli görüş keçiriləcək

Ceyhun Bayramov Pakistana gedib - Üçtərəfli görüş keçiriləcək
Siyasət 71

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə yola düşüb.

BAKU.WS-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də yazıb.

Səfər çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək.

Qeyd edək ki, yanvarın 14-də Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Son xəbərlər