Azərbaycan və Moldova XİN başçıları arasında telefon danışığı olub

30 noyabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy ilə telefon danışığı baş tutub.
BAKU.WS XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov moldovalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb.
Nazir Aureliu Çokoy təbrikə görə təşəkkürünü bildirib.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması alqışlanıb və razılıqdan irəli gələn bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər, qurumlararası əməkdaşlığın intensiv şəkildə davam etdirilməsi, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...
