SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, polis general-mayoru Teymur Hacıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Yeni rəis xidməti dövründə bir sıra vəzifələrdə çalışıb. Daha öncə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

Məlumat üçün bildirək ki, Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi Əkbər İsmayılov bu günlərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib.

BAKU.WS