Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb

Düşmənin Azərbaycan xalqı arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.
“Report” xəbər verir ki, kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan www.fake.az internet saytı fəaliyyətə başlayır.
Belə ki, istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək.
Həmçinin bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə "facebook", "telegram", "apple", "google" və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq mümkündür.
Əlavə olaraq, teleqram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.
Oxşar xəbərlər
Prezidentin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. BAKU.WS x...
