VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101764

Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101763

“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101742

“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan bu torpaqlarda yaşayıb, qurub. Qarabağ tarixini yaxşı bilirik və dünya ictimayyətinə çatdırılması üçün son illər ərzində böyük işlər görülüb. 90-cı illərin əvvəlində Azərbaycan haqqında dünyada o qədər böyük təsəvvür yox idi”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101738

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101719

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/101714

Ermənistanın baş naziri humanitar atəşkəs rejiminə əməl etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi haqda açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101709

“Ermənistanın Baş Naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101707

BAKU.WS