VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən "Human Rights Watch" təşkilatının açıqlamasını yayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edib.

Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerikanın səsi” radiostansiyası isə saxta məlumatı yaymaqla kifayətlənməyərək həmin məlumatı Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosu ilə paylaşıb.

Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı daha sonra, ümumiyyətlə, həmin xəbəri və fotonu öz rəsmi feysbuk hesabından çıxarıb.

BAKU.WS