VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini bu ölkənin ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib.

BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər.

Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, eləcə də ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünə son!" "Gəncə üçün dua et!", "Erməni işğalına son!" və s. kimi şüarlar yazılan plakatlar tutan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını insanlığa qarşı cinayət adlandırıblar. Aksiyanın sonunda Gəncə terroru ilə bağlı qəbul edilən bəyanat oxunub, yerli sakinlərə erməni təcavüzünü əks etdirən broşürlər paylanılıb, media nümayəndələrinə erməni vandalizmi barədə məlumat verilib.

BAKU.WS
QALEREYA