100 yaşlı adam koronavirusa qalib gəldi

100 yaşlı adam koronavirusa qalib gəldi
Siyasət 153

Çinin Uhan şəhərində 100 yaşlı bir şəxs koronavirusdan sağalıb və bu epidemiyaya qalib gələn ən yaşlı şəxs olub.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, həmin şəxs 24 fevralda xəstəxanaya yerləşdirilib, 2 həftə ərzində müalicə olunub.

100 yaşlı xəstənin Altsheymer, ürək və təzyiq problemlərinin də olduğu, buna baxmayaraq koronavirusa qalib gəlməyi bacarıb.

Məlumata görə, onunla birlikdə eyni gündə daha 80 nəfər sağalaraq evə buraxılıb.

Bu günə olan məlumata görə, Çində koronavirusa yoluxanların ümumi sayı 80 min 735 nəfərdir. Virusdan sağalanların ümumi sayı 58 min 600, ölənlərin sayı 3122 nəfərdir. Hazırda 20 min 146 nəfər müşahidə altındadır.

Son xəbərlər