Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib

Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə rəssamın yaxınları sosial mediada məlumat yayıblar.
Xatırladaq ki, Nazim Bəykişiyev 1948-ci ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləyib. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb.
2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı idi. O, burada bir sıra səhnə əsərlərinə bədii tərtibat verib. Bakı Dövlət Şəkil Qalereyasında, Orcenikidze şəhər Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında rəssam, baş rəssam vəzifələrində çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərib. 2002-ci ildə Əməkdar rəssam, 2007-ci ildə Xalq rəssamı adını alıb.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Xalq artisti Habil Əliyevin vəfatından 10 il ötür
Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür. Onun vəfatından 10 il ötür. Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yed...
